Araşdırmalar göstərir ki, Azərbaycan türklərinin tarixi yurd yeri olan Qarabag bölgəsi cənubi qafqazda ən qədim insan məskənlərnin yerləşdiyi cografiyaya aiddi. Qarabagın tunc dövrnə aid Xankəndi, Sarıcoban, Xacıncay, üctəpə kurqanlarından yerli türklərə aid xeyli sayda maddi mədəniyyət nümumələri aşkar edilmişdir. Amma bir sayda olsun belə ermənilərə aid bir nümunə aşkar edilməmişdir. Sonra qədim türklərin adı aşşur mənbələrində-Aşquz, İrandilli mənbələrində-Sak, Urartu mənbələrində-İşqigulu, yunan, latın mənbələrindı-İskit kimi cəkilir. Bəs ermənilərə aid nümunə, mənbə, subut nə var? Artsax adını hardan aldılar? Araşdırmalar göstərir ki Artsax adının nə qədim nə də müasir erməni dilində bir mənası, yozumu yoxdur. Hətta saxtakar erməni tarixçiləri Artsax adını öz ana dilində mənalandıra bilmədikdə çarəsizlikdən Yunan dilində mənalandırmaqa cəhd etmişdilər bu cəhdləridə uğursuz alınmışdır. Bu haqda Azərbaycan tarixçisi,tarix elmləri doktoru, professor Qiyasəddin Qeybullayev yazır, ,,erməni tarixçiləri çox baş sındırdıqdan sonra yazmışlar ki, Arsak ermənicə deyil” (Qiyasəddin Qeybullayev. Qədim türklər və Ermənistan. Bakı – 1992, s. 94).Belə olan halda sual meydana çıxır: bu adın Erməni dilində mənası yoxdursa, bəs Artsax hansı dilə məxsus sözdür, ya etimologiyası nədir ? Əlavə də olaraq bir neçə Azərbaycan tarixçi alimlərinin Artsax adıyla bağlı son nəticələri aşağıdakılardır:Rəşid Göyüşov: ,,III – IV əsrlərdən etibarən Qarabağın dağlıq hissəsi Arsax adlanır. Bir çox orta əsr erməni tarixçiləri Arsax adı altında ayrıca ölkə, və ya xüsusi hökmdarlıq nəzərdə tutmuşlar. Arsax sözünün etimologiyasına gəlincə, bir çox tədqiqatçılar onun … türk Ağhun tayfalarından birinin adı olduğunu iddia edirlər. Yeri gəlmişkən göstərməliyik ki, ilk orta əsrlərdə Arsaxın bir hissəsində türkdilli Ağhun adlanan tayfa yerləşmişdir” (Rəşid Göyüşov. Qarabağın keçmişinə səyahət. Bakı – 1993, s. 7). Fəridə Məmmədova: Arsax (erməni müəlliflərində) tarixi vilayəti, Orxistena (antik müəlliflərdə) sağsahil Albaniyasının ən mühüm vilayətlərindən biri olmuş (hazırkı Dağlıq Qarabağın dağlıq hissəsinin və Mil düzünün bir hissəsi), … 12 xırda inzibati vahidə bölünmüşdü. Vilayətin əhalisini qarqarlar, utilər, hunlar, xəzərlər və basillər təşkil edirdi.Mənbələrdə Arsax ,,möhkəmlənmiş vilayət”, möhkəm ölkə” adı ilə tanınır (Bax: Fəridə Məmmədova. Azərbaycanın (Albaniyanın) siyasi tarixi və tarixi coğrafiyası. Bakı – 1993, s. 94 – 95). Moisey Kalankatuklu da, Arsaxda çoxlu istehkamların olduğunu göstərmişdir (Moisey Kalankatuklu. Albaniya tarixi. Bakı – 1993, s. 51).F. Məmmədovanın bu monoqrafiyasında təqdim etdiyi xəritələrdə də, Dağlıq Qarabağın e. ə. III – eramızın II əsrlərdəki adı Orxıstena, III əsrdən başlayaraq isə Arsax kimi göstərilmişdir (Bax: Yenə orada. S. 134 – 144, 1 – 6 – cı xəritələr) Beləliklə, tədqiqatların hazırkı səviyyəsində yazılı mənbələrdəki məlumatlara görə, Dağlıq Qarabağın Artsaxdan (Arsaxdan) əvvəlki adları Urtex və Orxistena, onunla birlikdə işlənmiş adları isə, Ağvan və Qarabağ olmuşdur və heç biri də Erməni dilinə məxsus söz deyildir. Sonda nəticə olaraq (Bax: Arsaq Vikipediya) bizim tarixi subutda Arsak adı sak etnonimindən yaranıb, düzgün tələffüzü Ərsak olub, mənası “Sak əri, ərəni, igid sak, ər kişisi” deməkdir. Bizim qədimi adları oğurlayıb özününküləşdirmək ermənilərin ki, köhnə üsuludur. Onda ermənilərə kim verir bu haqqı ki, Dağlıq Qarabağı dünya ictimaiyətinə tarixi Erməni torpağı kimi tanıdıb (Ərsakı) saxta təhrif etməklə “Artsax” kimi yazıb nəşr edirlər ?Niyə ermənilərin saxtakarlıgna göz yumur dünya tarixciləri ?. Maral Vəliyeva,Şəmkir rayonu Koltəhnəli kənd tam orta məktəbinCoğrafiya müəllimi